Vaxt.Az

“The New York Times”da tətil


 

1800 nəfərdən 1100-ü işi 24 saatlıq dayandırır

“The New York Times”da tətil ABŞ-ın aparıcı media qurumlarından olan “The New York Times”ın (NYT) əməkdaşları həmkarlar ittifaqı ilə rəhbərlik arasında aparılan danışıqların nəticəsiz qalmasından sonra 24 saatlıq tətilə başlayıblar.

“The New York Times”ın binası qarşısına toplaşan yüzlərlə qəzet işçisi əllərində pankartlarla qəzet rəhbərliyinə etiraz ediblər.

Qəzetin müxbiri və redaksiya heyətini təşkil edən əməkdaşlar “NewsGuild” ittifaqı ilə “The New York Times” rəhbərliyi arasında 20 aydır nəticəsiz aparılan danışıqlara reaksiya verərək, iki ildir maaşlarını artıra bilmədiklərini və ədalətli razılaşma istədiklərini bildiriblər.

“NewsGuild” həmkarlar ittifaqı tərəfindən edilən yazılı açıqlamada, NYT rəhbərliyinin verdiyi təklifin ABŞ-dakı inflyasiya və orta əmək haqqı artımlarından çox geri qaldığına diqqət çəkilib.

NYT-də mövzu ilə bağlı xəbərlərdə, 2021-ci ilin martında müqavilə müddəti bitdikdən sonra tərəflər arasında 40-a yaxın görüş keçirildiyi, lakin maaş artımları, sağlamlıq və pensiya planları ilə bağlı konsensusun əldə olunmadığı qeyd edilib.

Xəbərdə NYT-nin birliyə 2023 və 2024-cü illər üçün cəmi yüzdə 12,5 artım təklif etdiyi, bunun 4 faizi son 20 ayı əhatə etdiyi, həmkarlar ittifaqının isə geriyə doğru yüzdə 8,5 olmaqla maaşlarda yüzdə 24 artım istədiyi ifadə edildi.

Bildirilir ki, NYT-də 1800-dən çox işçi var, onlardan təxminən 1450-si müvafiq həmkarlar ittifaqına bağlıdır.

Bildirilir ki, ən azı 1100 NYT əməkdaşı 24 saatlıq işin dayandırılmasına imza atıb. NYT əməkdaşları sonuncu dəfə 1981-ci ildə oxşar hərəkəti ediblər.

Digər tərəfdən, “BuzzFeed”, “AMC Networks” və “Gannett” qəzet zənciri, xüsusilə CNN kimi media qurumları, reklam gəlirlərinin azalması və qeyri-müəyyən iqtisadi mənzərə səbəbiylə xərcləri azaltmaq üçün yüzlərlə işçisini işdən çıxararkən, “National Public Radio” və “The Washington Post”, büdcə problemləri səbəbiylə bəzi şöbələri bağladıqlarını açıqladı.

 





09.12.2022    çap et  çap et