Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Danimarka və İsveç Rusiyanın “Şimal axını” boru kəmərlərinə edilən hücumların araşdırılmasında iştirakına icazə verməyib.
Nazirliyin sözçüsü Mariya Zaxorova, “İsveç və Danimarka bizim əməkdaşlıq təklifimizi rədd edir. Çünki biz işə qarışsaq, hadisənin arxasında kimin dayandığını bütün dünya biləcək” dedi.
Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirdiyi mətbuat konfransında Ukraynadakı müharibə ilə bağlı mühüm açıqlamalar verib.
Yeni bölgələrin Rusiya ərazisinə qoşulub-qoşulmayacağı ilə bağlı sualı cavablandıran Peskov, “Gündəmdə belə bir plan yoxdur. Ən azından, bu istiqamətdə heç bir açıqlama verilməyib. Ancaq mövcud bölgələrin azad edilməsi üçün görüləsi çox işlər var. Necə ki bilirsiniz, Rusiyanın yeni rayonlarının bəzi hissələri Ukrayna qüvvələrinin işğalı altındadır, onu azad etmək lazımdır”.
Krım sahillərində Ukraynaya məxsus 2 pilotsuz təyyarənin vurulmasından sonra Krımda mövcud vəziyyət və Ukrayna kəşfiyyatının əməkdaşlarına qarşı əməliyyatla bağlı suala Peskov, “Təbii ki, risklər hələ də var. Çünki Ukrayna tərəfi terror aktlarının təşkil etmə davranışını davam etdirir. Bu, ona qarşı təsirli tədbirlərin görüldüyünü göstərir.
“Time” jurnalının Ukrayna prezidenti Vladimir Zelenskinin “İlin adamı” nominasiyası ilə bağlı isə Peskov deyib: ““Time” jurnalının öz meyarları var. Biz onun ümumavropa axınından kənara çıxmadığını görürük. Amma biz onların rus düşməni olduğunu dəqiq bilirik”, – o, deyib.
Zelenskinin müharibənin 2023-cü ildə bitəcəyi ilə bağlı açıqlamalarını dəyərləndirən Peskov, “Zelenski əslində qarşıdurmaların nə vaxt bitəcəyini çox yaxşı bilir. İstəsə sabah da bitə bilər”, – deyib.
Avropa İttifaqının (Aİ) maksimum qiymət tətbiqi ilə bağlı açıqlama verən Kremlin sözçüsü, Aİ və Böyük yeddilik ölkələrinin Rusiya nefti ilə bağlı qərarına cavab verəcəklərini və bu istiqamətdə hazırlıqların davam etdiyini bildirib.