Vaxt.Az

ABŞ-da 18 yaşlı tələbə şəhər meri oldu


 

Smit: “Məktəbi təzə bitirdiyimi, təcrübəsiz olduğumu deyirlər”

ABŞ-da 18 yaşlı tələbə şəhər meri oldu ABŞ-ın Arkanzas ştatının Erl şəhərində ikinci tura keçən mer seçkilərinin nəticələri açıqlanıb. Universitet tələbəsi 18 yaşlı Ceylen Smit 235 səslə şəhərin yeni meri seçilib.

ABŞ-ın ən gənc bələdiyyə başçılarından biri seçilən Smit həm də Afrika-Amerika Bələdiyyə Başçıları Assosiasiyasının ən gənc üzvü oldu. Assosiasiyanın icraçı direktoru Fillis Dikerson, buna qədər Afrika-Amerika Bələdiyyə Başçıları Assosiasiyasının ən gənc üzvünün 35 yaşlı Klivlend meri Castin Bibb idi. Erl Liseyini bitirən və Arkanzas Dövlət Universitetində təhsilini davam etdirən Smit ictimai təhlükəsizlik və yeni iş yerlərinin yaradılması ilə bağlı fəaliyyətini davam etdirəcəyini bildirib: “İnsanlar məni görərkən məktəbi təzə bitirdiyimi və təcrübəsiz olduğumu deyirlər. Mən hər zaman isə onlara deyirəm ki, həyatda bir yerdən başlamaq lazımdır”.

 





09.12.2022    çap et  çap et