ABŞ prezidenti Co Bayden açılışdan əvvəl Tayvanda yerləşən çip fabrikini ziyarət edib. Şirkətin işinə toxunan Baydenin dili dəfələrlə “topuq vurdu” və “nano çip” deməkdə çətinlik çəkdi.
“Üç nano çip, üç nano çip. Üç nano ilə çiplər. Nə demək istədiyimi bilirsiniz! Nano, neno, bilmirəm!” deyən Bayden fikrini bitirə bilmədi.
Baydenin ifadələri salonda gülüşə səbəb olub. İfadə yanlışlıqıarı ilə tez-tez gündəmdə olan Bayden, ötən aylarda Kambocaya səfəri zamanı Kamboca və Kolumbiyanı qarışdırmışdı.