Agentlik insanlara virusun və qripin simptomları varsa, onu yaymamaq üçün evdə qalmağı tövsiyə edib.
Səhiyyə Agentliyinin sədr müavini Liniya Raahuqe Hvass (Line Raahauge Hvass), “COVİD-19 ilə mübarizə çərçivəsində həm cəmiyyətdə, həm də səhiyyə xidmətlərində normal şəraitə doğru daha çox addım ata bilərik”, – deyib.
“Tənəffüs yolu infeksiyalarının bütün növlərinin qarşısını almaq çox vacibdir, çünki qrip xüsusilə yaşlılar və xroniki xəstəlikləri olanlar üçün ciddi ola bilər”. Hvass belə bir vəziyyətin baş verəcəyi təqdirdə səhiyyə xidmətlərinin çətinləşə biləcəyinə diqqət çəkib.
“İnsanlar xəstədirlərsə, istər COVİD-19, istər qrip, istərsə də tənəffüs yoluxucu infeksiyalar olsun, evdə qalmalıdırlar”, – deyə Hvass bildirib.