Musk, Twitter-in istifadəçilərin real hesab statusunu göstərəcək bir proqram yeniləməsi üzərində çalışdığı məlumatını da paylaşaraq, “Beləliklə, şəxsi hesab məhdudiyyəti altında olub olmadığınızı, niyə və necə şikayət edəcəyinizi açıq şəkildə biləcəksiniz”.
“Twitter” əməkdaşları qara siyahılar yaradıblar
Digər tərəfdən, Mask, “Twitter faylları, İkinci hissə!” başlığı ilə yeni bir açıqlama etdi.
Tərcümeyi-halı “Free Press”in qurucu redaktoru olduğu bildirilən Beyri Uays (Bari Weiss) adlı hesabdan atılan tvit seriyasında keçmiş rəhbərliyin nəzdindəki “Twitter” işçilərindən ibarət qrupların qara siyahılar yaratdığı bildirilib.
Qeyd olunub ki, bu siyahılar tərəfindən bəyənilməyən tvitlərin trend olmasının qarşısı alınır, siyahıya daxil olan bütün hesabların və hətta trend olan mövzuların görünməsi aktiv şəkildə məhdudlaşdırılır.
30 paylaşılan tvit silsiləsində iddialara dair nümunələr verilərkən, keçmiş rəhbərliyin bütün proses boyunca tanınmış adlar da daxil olmaqla istifadəçilərə heç bir xəbərdarlıq etmədiyi və bütün bunları gizli şəkildə etdiyi iddia edilib.
Dekabrın 3-də “Twitter Faylları” başlıqlı ilk yazısında Mask şirkətin keçmiş rəhbərliyinin 2020-ci il prezident seçkilərindən əvvəl ABŞ prezidenti Co Baydenin komandasının tələbi ilə Baydenin oğlu Hunter Baydenlə bağlı xəbərlərə senzura tətbiq etdiyinə dair sənədləri açıqlayıb.