Kirbi ABŞ xarici siyasətindəki son hadisələri “Zoom” proqramı vasitəsilə onlayn rejimdə Ağ Ev müxbirlərinə dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.
İranın Ukraynada istifadə üçün Rusiyaya İHA dəstəyi verdiyini ifadə edən Kirbi, “Bunun müqabilində Rusiya İrana görünməmiş səviyyədə hərbi və texniki dəstək verir. İki ölkə arasındakı əlaqələr tam hüquqlu müdafiə ortaqlığına çevrilir. Bu, durum təkcə Ukraynaya deyil, həm də İranın regiondakı qonşuları üçün təhlükə yaradır. Biz bu məlumatı Yaxın Şərqdəki və dünyadakı tərəfdaşlarımızla paylaşmışıq”.
İranın hərbi baxımdan Rusiyanın “bir nömrəli dəstəkçisi” olduğunu qeyd edən Kirbi avqust ayından bu yana Ukraynadakı müharibə ilə bağlı yüzlərlə İHA tədarük etdiyini vurğulayıb.
Kirbi “İranın hərəkətlərinə görə Ukraynada insanlar ölür” sözlərilə İranın yaxın aylarda dəstəyini artıracağını və Rusiyaya yüzlərlə ballistik raket satmağı düşündüyünü bildirib.
Kirbi, “Moskva və Tehranın Rusiyada silahlı İHA istehsal etmək üçün ortaq istehsal xətti qurmağı düşündüyünü də bilirik. Rəsmi Tehranı yolundan dönməyə və bu addımları atmamağa dəvət edirik”, – dedi.
Rusiyanın İranla silah inkişafı kimi sahələrdə də əməkdaşlığa can atdığını ifadə edən Kirbi, “Rusiyanın İrana qabaqcıl hərbi materiallar vermək niyyətindən narahatıq. Moskva Tehrana helikopterlər və hava hücumundan müdafiə sistemləri kimi avadanlıq dəstəyi verə bilər“.
Kirbi əlavə edib ki, bölgədə təhlükəsizliyin təmin edilməsi və iki ölkənin bu hərəkətlərdən əl çəkməsi üçün əllərindən gələni edəcəklər.