Vaxt.Az

AİHM Fransanı təqsirli bilib


 

Rəsmi Paris hər ailəyə 7150 avro təzminat ödəyəcək

AİHM Fransanı təqsirli bilib Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 3 miqrant ailənin mənzil tələblərinin vaxtında yerinə yetirilməməsi ilə bağlı dünən verdiyi qərarla Fransanı günahkar bilib.

AİHM dünənki qərarında 3 miqrant ailənin təcili sığınacaq tələblərini nəzərə almayan Fransanın Avropa İnsan Haqları Konvensiyasının ədalətli mühakimə hüququ ilə bağlı 6-cı maddəsinin 1-ci bəndini pozduğuna qərar verib.

Məhkəmə Fransanın üç ailəyə ayrı-ayrılıqda 5 min avro və məhkəmə xərcləri üçün ümumilikdə 7150 avro ödəməsinə qərar verib.

İkisi Konqolu və biri gürcü olmaqla üç ailə 2018-ci ildə sığınacaq almaq üçün Fransaya gəlib.

Ölkənin cənubunda yerləşən Yüksək Qaron Qubernatorluğu 3 ailəyə sığınacaq verib, lakin onların tələblərinə cavab verməyib.

Bunun üzərinə 3 ailə ayrı-ayrılıqda Tuluza məhkəməsinə müraciət edib. Tuluza məhkəməsi sığınacaq axtaranlara yaşayış yeri ilə bağlı yardım etmək qərarına gəlib, lakin Yüksək Qaronna Qubernatorluğu qərara əməl etməyib.

AİHM-in 2018-ci ildə qəbul etdiyi müvəqqəti qərardan sonra 3 ailənin sığınacaq tələbi yerinə yetirilib.

 





09.12.2022    çap et  çap et