Kvebek Ali Məhkəməsinin hakimi Sylvain Lussier oyunu tütün asılılığı ilə müqayisə edib: “Tütününün zərərli təsiri bir gecədə tanınmadı və qəbul edilmədi”. İddia ərizəsində bildirilir ki, uşaqlardan biri 2 ildən az müddətdə 7700 saatdan çox Fortnite oynayıb.
Ümumdünya Səhiyyə Təşkilatının da 2018-ci ildə oyunun asılılığa səbəb olduğunu etiraf etdiyi vurğulanır. Fayl həmçinin oyunun “yüksək asılılıq yaradan” bir şəkildə inkişaf etdirildiyini iddia edir.
Epic Games, digər tərəfdən, oyun asılılığının tanınmış psixoloji bir xəstəlik olmadığını iddia edir.
BBC məsələ ilə bağlı şirkətə müraciət etsə də, cavab almayıb. 350 milyondan çox insan Fortnite oynayır. Oyun pulsuzdur, lakin istifadəçilər oyunda “V Bucks” adlı pulu istifadə etmək üçün ödəniş edirlər.