Vaxt.Az

“Yeriməkdə belə çətinlik çəkirəm”


 

Dion qeyri adi xəstəliklə qarşı-qarşıya

“Yeriməkdə belə çətinlik çəkirəm” Kanadalı müğənni Selin Dion nadir nevroloji xəstəlik diaqnozu qoyulduqdan sonra konsertlərinə ara verib.

“İnstaqram” hesabında fransız və ingilis dillərində video paylaşan Dion, ağrılara səbəb olan, yerimə və oxuma qabiliyyətinə təsir edən “sərt insan sindromu” olduğunu söylədi.

Dion, “Təəssüf ki, ağrılar gündəlik həyatımın hər addımına təsir edir. Bəzən yeriməkdə çətinlik çəkirəm və səs tellərimi oxuyarkən normal istifadə etdiyim kimi istifadə edə bilmirəm” dedi.

Səhnədə olmaq, pərəstişkarlarını görmək və mahnı oxumaq üçün darıxacağını bildirən Dion, “Şoularımda hər zaman 100 faiz performans göstərirəm, amma indiki vəziyyətim buna uyğun deyil”, – deyib.

Nadir nevroloji xəstəlik diaqnozu qoyulduqdan sonra Dion fevralda davam edəcəyi gözlənilən əvvəllər gecikdirilmiş “Cəsarət” turunu təxirə salmaq məcburiyyətində qalıb.

Dionun 2023-cü ilin yazında planlaşdırılan şouları 2024-cü ilə təxirə salınıb və yay konsertləri ləğv edilib.

5 “Grammy” və 2 “Akademiya” mükafatına sahib olan Dion yaddaqalan “I'm Alive” və “My Heart Will Go On” mahnıları ilə bütün zamanların ən çox satılan qadın sənətçisidir.

Sərt insan sindromu nədir?

Sərt insan sindromu, yüksək səs və ya yüngül toxunuş kimi şeylər tərəfindən baş qaldıran sərt əzələlərə və güclü əzələ ağrılarına səbəb olur.

Səbəbi bilinməsə də, sərt insan sindromunun immunitet sisteminin səhvən bədənin normal toxumalarına hücum etdiyi bir “otoimmün xəstəlik” olduğu düşünülür.

 





09.12.2022    çap et  çap et