Təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən Hökumətlərarası Danışıqlar Bölməsinin (HDB) 3-cü iclasının sonuncu günündə DST-yə üzv dövlətlər üçün hüquqi qüvvəyə malik olan beynəlxalq antiepidemiya sazişinin layihəsi ilə bağlı məsələ müzakirə olunub.
İclasdan sonra DST-nin verdiyi açıqlamada üzv ölkələrin əksəriyyətinin saziş layihəsinin hazırlıq prosesinin başlanması ilə bağlı razılığa gəldiyi açıqlanıb.
HDB həmsədri Roland Dris bildirib ki, bu ittifaqla üzv ölkələr gələcək epidemiyalara qarşı daha hazırlıqlı hərəkət etmək, daha geniş əməkdaşlıq etmək və COVİD-19-da səhvlərdən daha çox öyrənmək üçün qərarlı mesaj göndərirlər.
HDB-nin qərarla layihə hazırlama prosesinə başlayacağını qeyd edən Dris, 2023-cü il Fevral 27-də keçiriləcək 4-cü iclasda müqavilə layihəsindəki maddələrlə bağlı danışıqlara başlayacaqlarını bildirdi.
DST Baş Assambleyasının 2021-ci ilin dekabrında keçirilən iclasında dünyanı COVİD-19-dan sonra gələcək qlobal epidemiyalardan daha yaxşı qorumaq üçün bütün üzv dövlətləri hüquqi cəhətdən bağlayan beynəlxalq sazişin hazırlanması qərara alınıb.
Əksər üzv dövlətlər bu ideyaya müsbət yanaşsa da, bəzi ölkələr, xüsusən də ABŞ, milli suverenliyə zərər vuracağı üçün “beynəlxalq razılaşma” ideyasını rədd edib.