Vaxt.Az

Zelenski çətin durumda


 

Ukrayna ordusunun cəbhədəki uğuru Ukraynanın taleyini həll edə bilər

Zelenski çətin durumda Rusiya ilə ABŞ arasında danışıqların mahiyyətini təkcə taxıl koridoru, humanitar məsələlər, energetika sahələrindəki fikir ayrılıqlarının aradan qaldırılması üçün müzakirələr kimi düşünmək sadəlövhlük olardı.

Gözoxşayan epitetlərlə masaya Ukraynanın taleyi ilə bağlı müzakirələr qoyulur.

Vəziyyət isə Ukrayna üçün qəlizdir.

Ukrayna Prezidenti Vladimir Zelenski Qərbin təzyiqləri ilə danışıqlara getsə, onda aparılan müharibədə Kiyevin mövqeyinin kəsəri qalmayacaq.

Zelenski danışıqlara getməsə, qış aylarında Ukraynanı və Avropanı daha çətin günlər gözləyəcək.

O, danışıqlara gedib, mənzərəni 24 fevrala qədərki dövrə qaytarmağa nail olsa belə, bu da Ukraynanın məğlubiyyəti kimi yozulacaq.

Ukrayna prezidenti danışıqlara getməsə, Rusiyanın şantajlarının miqyası genişlənəcək və nüvə təhdidləri Kiyevdə qorxu yaradacaq.

Zelenskinin isə belə variantları seçmədiyi görünür, buna görə də, onun bir seçim yolu qalır: qətiyyət göstərib Rusiyanın dövlət sərhədinə qədər geri oturtmaq və Krımı geri qaytarmağa nail olmaq!

Onun bu qərarı isə Ukrayna ordusunun cəbhədəki əməliyyatları uğurlu şəkildə icra etməsindən və Qərbin Kiyevə silah dəstəyinin xarakterindən asılıdır.

 





10.12.2022    çap et  çap et