Vaxt.Az

275 milyonluq yardım


 

“Ukrayna özünü PUA təhlükəsinə qarşı qoruya biləcək”

275 milyonluq yardım ABŞ prezidenti Co Bayden Ukraynaya yeni müdafiə yardımı ayrılmasını təsdiqləyib. Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden Dövlət Departamentinə Ukraynaya 275 milyon dollarlıq müdafiə yardımı etmək səlahiyyəti verib.

Bundan əlavə, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi Zoom vasitəsilə keçirdiyi brifinqdə “Ukraynaya müdafiə paketinin tezliklə yola salınacağını elan etməkdən məmnunam”, – deyib.

Yardımın Ukraynaya yeni hava hücumundan müdafiə imkanları qazandıracağını və bu ölkənin özünü PUA təhlükəsinə qarşı qoruya biləcəyini ifadə edən Kirbi, sözügedən paketin döyüş meydanındakı əsgərlərə də daha çox sursat təmin edəcəyini qeyd edib.

 





10.12.2022    çap et  çap et