Lakin görünən budur ki, bu bədbəxtlər daxili siyasətdə də rəsmən “piyada”dırlar. Və o dərəcədə piyadadırlar, elə ağır səhvlərə yol verirlər ki, nəticədə özləri öz əlləri ilə ölkədə inqilab toxumları səpirlər. Rejim əleyhinə etiraz etdiyinə görə iki gün öncə gənc fəal Mohsen Şəkərini edam etmələri də mollaların dəhşətli dərəcədə kütbeyinliyinin göstəricisidir.
Bunların bu cür dayaz ağılla İran kimi “qaynar qazan” misalı bir ölkəni son 40 il ərzində necə idarə etmələrinin özü də heyrət doğurur.
Başdanxarab mollalar düşünürdülər ki, həbs edilən etirazçıların bəzilərini edam etməyə başlasalar, onlar bu yolla cəmiyyətdə qorxu yaratmağa müvəffəq olacaqlar və nəticədə kütləvi iğtişaşlar da səngiyəcək.
Lakin allahsız mollaların təxminləri, proqnozları düz çıxmadı. Gənc fəal Mohsen Şəkərinin edam edilməsi sanki odun üzərinə bir az da benzin tökdü, rejim əleyhinə etiraz edən əhali ötən gün Tehran şəhərinin Səttarxan küçəsinə axışdı.
Məkanın adına fikir verirsinizmi?
Bəli, məhz Səttarxan küçəsində böyük bir izdiham yaşanıb. Bir zamanlar İranı zəlzələ kimi silkələyən inqilabi hərəkatın liderinin adını daşıyan bu küçə dünən yeni inqilabi hərəkatın cücərtilərinə şahidllik edib.
Etirazçı sakinlərin əsas şüarları “Xameneyi qatildir!”, “Biz hamımız Mohsen Şəkəriyik!”, “İllər boyu cinayət, ölüm olsun belə rəhbərə!”, “Cəllad Xameneyi, səni torpağa basdırarıq!”, “Ölüm olsun Xameneyiyə!” və s. olub.
Necə deyərlər, bax, bu da islam dövləti, islam ədaləti adı altında 40 il ərzində yürüdülən islamsız, ədalətsiz siyasətin nəticəsində mollaların əldə etdiyi qazanc.
Deməli, indiyə qədər aparılan təbliğatlların hamısı “sabun köpüyü” imiş, sadəcə görüntü imiş. Molla rejiminin ideoloji dayaqları və daxili dəstəyi elə ilk həmlədə çat verəcək qədər zəif imiş.
Səttarxan küçəsinə axışan insanların İran hakimiyyətini günahsız insanları qətlə yetirməkdə ittiham edərək, ölkədə ədalətin bərqərar olunması uğrunda mübarizə aparacaqlarını bildirməsi molla rejiminin əsl qara günlərinin hələ indi başladığını göstərir.
Amma molla rejimi o qədər utanmaz rejimdir ki, hətta daxildə bu cür iflic vəziyyətinə düşdüyü halda belə, yenə də Azərbaycana təzyiq göstərməyə, İraqı sıxışdırmağa, PKK-nın bir qolu olan PJAK üzərindən oyunlar oynamağa, habelə təcavüzkar və terrorçu Ermənistanı dəstəkləməyi davam etdirməyə çalışır.
“Komsomolun canı it canı” olduğu kimi mollalar da asanlıqla təslim olmağa, hakimiyyətdən öz xoşları ilə getməyə meylli deyillər. Hakimiyyətə inqilab yoluyla gələn bu rejimi yalnız eyni yol ilə tarixin arxivinə göndərmək mümkündür.
İranda qalibiyyətli inqilaba imza ata biləcək yeganə qüvvə isə yalnız Güney Azərbaycan türkləridir. Nə kürdlərin, nə bəlucların, nədəki ərəblərin, qaşqayların, digər etnik azlıqların belə bir potensialı yoxdur. Lokomotiv rolunu yalnız azərbaycanlılar oynaya bilər.