Vaxt.Az

Ermənilərlə birgə yağmalayıblar


 

366-nın əməlləri 30 il sonra üzə çıxır

Ermənilərlə birgə yağmalayıblar Moskva Xocalı soyqırımından sonra bölgədə müharibənin genişlənəcəyi təhlükəsinə görə Qarabağdakı mənfur 366-cı motoatıcı alayı bölgədən çıxarmağa qərar verdi.

O zaman hadisəni yerindəcə izləyən rusiyalı jurnalistlərdən biri hərbi briqadaya komandanlıq edənlərin və onların xanımlarının maşınlarında pul və zinət əşyaları daşımalarının şahidi olmuş və bunu qələmə almışdı. Qarabağdakı rusiyalı hərbçilər iki yolla varlanırdılar. Birincisi, rusiyalı hərbçilər erməni separatçılarla birgə işğal etdikləri ərazilərdə azərbaycanlıların evlərini yağmalayırdılar, ikincisi separatçılar onlara verilən dəstəyə görə rusiyalı zabitlərə dünyadakı erməni lobbisindən aldıqları pullarla bölüşürdülər.

Kim zəmanət verə bilər ki, erməni separatçıları yenə eyni taktikadan istifadə etmirlər? Separatçılar erməni lobbisindən aldılqarı puldan rusiyalı hərbi kontingentin rəhbərliyi və zabitləri ilə bölüşür, Azərbaycana aid yataqların qanunsuz istismarından əldə edilən gəlirdən onlara pay verirlər. Azərbaycanlı məmurların yataqlarda monitorinq aparmasına yaradılan əngəlin səbəblərindən biri də budur. Rusiya Ukraynada işğal etdikləri ərazilərdə taxılı yağmaladığı kimi, hərbçilər də Azərbaycan ərazisində yataqlarımızın qanunsuz istismarından qazanır.

 





13.12.2022    çap et  çap et