Hazırda komandada yarışan Şarl Leklerlə həm Sauberdən tanışdır. Digər tərəfdən “Formula-3” çempionatında Lekler onun komandasında titul qazanıb.
Komandasına gəlincə – “ART Grand Prix” (ART GP) adlanan komandanı Nikolya Jan Todtla şərik qurub və əvvəlcə GP-2-də, sonra isə “Formula-2”də uğur qazanıblar. Niko Rosberq, Lyuis Həmilton, Niko Hülkenberq, Stoffel Vandorn, Corc Rassell və Nik de Friz məhz ART GP ilə çempionluq qazanıblar. Bu il Teo Purşer çempionatı 2-ci yerdə başa vurub.
“Formula-3”dəki uğurlara gəlincə, builki çempion Viktor Marten onun komandasının şərəfini qoruyub. Daha əvvəl isə Esteban Qutyerres, Valtteri Bottas, Esteban Okon, Şarl Lekler, Corc Rassell, Antuan Huber Vassyörə çempionluq qazandırıblar.
Yəni aşağı seriyalarda uğurlu komanda başçılığı olsa da, “Formula-1”də yaddaqalan uğuru olmayıb. “Ferrari”nin titul tilsimini sındıra biləcəkmi? Titul həsrətinə son qoya biləcəkmi? Komandanın bütün azarkeşləri bu suallara cavabı istəyirlər.