Sözçünün sözlərinə görə Aİ-nin Xankəndində heç bir formada iştirakı yoxdur, ona görə də şərh vermək imkanları yoxdur. Baş verənləri açıq mənbələrdə olan məlumatlar əsasında izləyirlər. Aİ sözçüsü eyni zamanda Xankəndi ermənilərinin milli və siyasi hüquqlarının müdafiəsiylə bağlı narahatlıqlarının olduğunu dilə gətirib. Bu, bir daha Azərbaycanın Xankəndi erməniləriylə bağlı Reinteqrasiya proqramını təqdim etməsinin zəruriliyini göstərir.
Xankəndindəki Rusiya “sülhməramlıları” isə yerli separatçılarla müzakirə ediləcək məsələnin olmadığını və buna görə də onlarla təmaslardan imtina ediblər. Moskvadan göstəriş gözlədiklərini bildiriblər.
Aİ nümayəndəsinin verdiyi bəyanat və Rusiya “sülhməramlıları”nın davranışları bir daha göstərir ki, ermənilər 2020-ci ildəki kimi yenə də təklənirlər, ümid etdikləri mərkəzlərdən heç bir dəstək əldə edə bilməyəcəklər.