İlin son günlərində Rusiya prezidenti Vladimir Putin KTMT-nin dağılmaması üçün hər cür səy göstərir və ötən bazar ertəsi də bu baxımdan istisna deyildi. Dünən Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə telefon danışığı aparıb, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib. Putin başa düşür ki, Rusiyanın münaqişədə sülhməramlı və vasitəçi kimi fəaliyyətindən və ya hərəkətsizliyindən narazı qalan Paşinyan istənilən vaxt KTMT-dən çıxdığını elan edə və bununla da təşkilatın mövcudluğuna son qoya bilər. Bu cür Yeni il “hədiyyəsi” isə Rusiya Prezidentinə heç lazım deyil. Putin Əliyevi razı salıb və praktiki olaraq Paşinyana xahiş edib və nəticədə görünür dünəndən etibarən “razılıq əldə edilib”. Amma o da var ki, hər iki tərəfi qane edəcək aydın və başa düşülən perspektivləri olmayan hər hansı razılaşmalar mənasızdır. Ermənistanın çıxması nəticəsində KTMT-nin dağılması ilə bağlı vəziyyət demək olar ki, hər an reallaşa bildiyi halda, Federal Məclisə hansısa müraciətin hazırlanmasından danışmaq mənasız görünsə də, Putinin belə bir müraciəti də gözlənilən hadisələr sırasındadır.
Bu arada, Ukraynadakı hazırkı durum da məsələni xeyli çətinləşdirir. İndi cəbhədəki hazıkı ağır vəziyyət bir yana, burada “yeni ərazilər”in bir hissəsinin itirilməsi də bir neçə saat və ya gün ərzində baş verə bilər. Odur ki, Putin hazırlanan mətnin əhəmiyyətsiz olacağını anlayaraq müraciətin tarixini açıqlamağa tələsmir. Yaxın çevrədən olan insanların inandırmasına baxmayaraq, Putin hər şeyi son ana saxlayaraq qərar verməkdə ləngiyir. İndi dekabrın 31-də Moskva vaxtı ilə saat 18.00-da müraciətlə çıxış absurd görünmür. Amma! Prezidentin müraciət üçün tarix təyin etməkdən imtina etməsinin əsas səbəbi Ukraynanın öz ərazisindən kənarda 1000 km-dən çox məsafəyə zərbə endirmə qabiliyyətinin aşkarlanmasıdır. Rusiyanın dərinliklərində yerləşən hərbi aerodromlara son zərbələr Putini ciddi narahat edib. Prezident bunu bazar günü güc blokunun rəhbərliyinin nümayəndələri ilə görüşündə deyib və əsaslandırıb ki, o, Federal Məclisə müraciətinin tarixini, vaxtını və yerini ən azı bir saat öncədən təyin etməklə, hədəfə çevrilə bilər. Güc blokunun rəhbərliyi qorxusundan prezidenti dəstəkləyib, lakin Putinin arxasınca hamı çoxdan prezidentin çoxsaylı “fobiyalarını” müzakirə edir.