Vaxt.Az

La-Manşda qayıq batıb


 

30-50 arası miqrantın axtarışına başlanılıb

La-Manşda qayıq batıb Fransaya keçməyə çalışan 30-50 immiqrantı daşıyan qayığın İngiltərə ilə Fransa arasındakı La-Manş boğazında batmasından sonra axtarış-xilasetmə işlərinə başlanılıb.

İngilis və Fransa axtarış-xilasetmə qruplarının helikopter və xilasedici qayıqlarla apardığı işlərlə bağlı ətraflı izahat verilməsə də, can itkisinin olduğu qeyd edilib. Mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Bölgədə təsirli olan soyuq hava səbəbiylə immiqrantların vəziyyətinin kritik ola biləcəyi səbəbiylə axtarış-xilasetmə işləri intensiv şəkildə davam etdirilir.

İngiltərə daxili işlər naziri Suella Braverman səhər saatlarında hadisəni yaxından izlədiklərini ifadə edərək “Mövzu ilə bağlı davamlı olaraq məlumatlandırılıram”, – deyib.

 





14.12.2022    çap et  çap et