Vaxt.Az

70 faiz istəmir


 

Bayden nüfuzdan düşməkdə davam edir

70 faiz istəmir CNCBC televiziyası və “All-America Economic Research” ABŞ-da 2024-cü il seçkiləri ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edənlərin 70 faizi ABŞ prezidenti Co Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində ikinci dəfə namizəd olmasını istəmədiyini bildirib.

Demokratik Partiya seçicilərinin 57 faizi Demokrat lideri Baydenin ikinci müddətə namizəd olmamalı olduğunu bildirsə də, bu nisbət respublikaçılar arasında yüzdə 86, özlərini müstəqil olaraq xarakterizə edən seçicilər arasında isə yüzdə 66 olub.

Baydenin prezident vəzifəsini layiqincə yerinə yetirdiyini düşünənlərin nisbəti oktyabrda 46 faizdən noyabrda 41 faizə düşərkən, onun siyasətini bəyənməyənlərin nisbəti 50 faizdən 54 faizə yüksəlib.

Respondentlərin yalnız 14 faizi iqtisadiyyatın çox yaxşı olduğunu söyləyərkən, Baydenin iqtisadi siyasətini bəyəndiyini ifadə edənlərin nisbəti yüzdə 38-də qalıb.

Respondentlərin böyük əksəriyyətinin Baydenin yaşını və sağlamlıq vəziyyətini əsas gətirərək onun namizədliyini irəli sürməsini istəmədiyini göstərən sorğuda, respondentlərin üçdə ikiyə yaxın nisbəti  2024-cü il üçün namizədliyini açıqlayan keçmiş prezident Donald Trampı seçkiyə qatılmasını istəmədiyini bildirib. Belə ki, 61 faizi, o cümlədən respublikaçıların 37 faizi, müstəqillərin 61 faizi və demokratların 88 faizi Trampın ikinci müddətə namizədliyinin əleyhinə olub.

 





14.12.2022    çap et  çap et