Vaxt.Az

Jurnalist qətlləri çoxalıb


 

Keçən illə müqayisədə 45 faiz artım var

Jurnalist qətlləri çoxalıb “Press Emblem Campaign” bu il 115 media işçisinin öldürüldüyünü bildirib. Bu statistikanın 2021-ci illə müqayisədə 45 faiz artdığı açıqlanıb. Ötən il ümumilikdə 79 media işçisi öldürülüb. Bu il ölənlərin sayının 2018-ci ildən bəri ən yüksək göstərici olduğu vurğulanıb.

Açıqlamada, Ukrayna ilə Rusiya arasındakı müharibənin sarsıdıcı təsirlərinin bu il jurnalistlərə daha çox təsir etdiyi bildirilib.

2022-ci ildə Latın Amerikasında 39, Avropada 37, Asiyada 30, Afrikada 7, Şimali Amerikada 2 media işçisi qətlə yetirilib.

Fevralın 24-də Ukraynada müharibə başlayandan bəri Ukraynada 34 media işçisinin həyatını itirdiyi bildirilir. Digər tərəfdən Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) dərc etdiyi hesabatda dünyada hələ də 533 jurnalistin həbsdə olduğu və bu rəqəmin ötən illə müqayisədə 13,4 faiz artdığı qeyd edilib.

Senzuranın və nəzarətin fövqəladə həddə çatdığı Çində 110 jurnalist həbsdə saxlanılır.

 





14.12.2022    çap et  çap et