Vaxt.Az

FİFA-dan ABŞ-a etiraz məktubu


 

Rusiya Dünya Çempionatından çıxarılmayacaq

FİFA-dan ABŞ-a etiraz məktubu FİFA Rusiyanın 2014-cü ilin Dünya çempionatında iştirak hüququndan məhrum edilməməsi barədə qərar qəbul edib. Musavat.com-un «Wall Street Journal»a istinadən verdiyi məlumata görə, təşkilatın baş katibi Jerar Valke Rusiyanın çempionatda iştirak hüququndan və 2018-ci il çempionatının ev sahibliyindən məhrum edilməsi təşəbbüsü ilə çıxış edən ABŞ senatorlarına məktub yollayıb.

Jerar Valke məktubunda bildirir ki, ölkələrin milliləri dövlət hakimiyyətlərinin hərəkətlərinə görə məsuliyyət daşıya bilməzlər.

Amerikalı senatorlar isə FİFA-nın qərarı ilə razılaşmırlar və hesab edirlər ki, federasiya öz tarixini rədd edir. Belə ki, 1992 və 1994-cü illərdə Yuqoslaviya millisi Balkan müharibəsi ilə əlaqədar çempionatlara buraxılmayıb. Bunu senator Den Kouts deyib.

 





03.04.2014    çap et  çap et