Belarusun rəsmi televiziyasının ekrana gətirdiyi görüntülərdə ruslarla yeni təlimə girən ordu birliklərinin “Z” hərfini xatırladan “qırmızı kvadrat” işarələri olan zirehli maşınlarla irəlilədiyi görülüb.
Ukraynanın işğalını “xüsusi hərbi əməliyyat” adlandıran Kreml fevraldan bəri döyüş təyyarələrindən tutmuş tanklara, rəsmi binalardan şəhər meydanlarına kimi hər şeyi “Z” simvolları ilə bəzəyib.
Belarus ordusunun Ukrayna sərhədinə yaxın bir nöqtədə həyata keçirdiyi “döyüşə hazırlıq” təlimində “Z” hərfinə bənzər döyüş işarələrinin görünməsi Şərqi Avropa ölkəsini idarə edən Aleksandr Lukaşenkonun Rusiya tərəfindən müharibəyə girəcəyi qorxusunu artırıb.
Üstəlik, Rusiya ordusunun təlimdə iştirakı “Putin Belarusu müharibəyə girməyə məcbur edirmi?” suallar doğurdu.