Vaxt.Az

Ukraynaya “ağıllı bombalar”


 

Müharibənin taleyini həll edəcək ikinci həmlə

Ukraynaya “ağıllı bombalar” ABŞ-ın bu gün Ukraynaya Patriotlar göndərilməsi ilə bağlı qərarını açıqlaması gözlənilir. Müharibə qaydalarını yenidən yazmağa hazırlanan Vaşinqtonun bu addımı gözlənildiyi kimi Rusiyanın çox sərt cavabı ilə qarşılaşıb.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynaya göndərdiyi raketlərin qanuni hədəfə çevriləcəyini və vurulacağını bəyan edib.

Amerikanın “The Washington Post” qəzeti isə xüsusi xəbərlə ABŞ-ın Ukraynaya ağıllı bomba dəstləri verməyi planlaşdırdığını açıqlayıb.

Co Bayden administrasiyası idarə olunmayan hava arsenalını Ukraynaya göndəriləcək dəstlərlə Rusiyanın mövqelərini yüksək dəqiqliklə hədəfə ala bilən “ağıllı bombalara” məhv etməyi hədəfləyir. JDAM (Joint Direct Attack Munition – Birbaşa Hücum üçün Müştərək Sursat) bir çox silahlarda istifadə oluna bilər.

Sözügedən elektron avadanlığın qoşulduğu raketlər və ya bombalar hətta çox yüksəklikdən müəyyən edilmiş hədəfin koordinatına doğru atıla bilər. Məqalədə Ukraynanın “ağıllı bomba”ları hansı silahda (təyyarə və ya artilleriya qurğuları) istifadə edəcəyi barədə ətraflı məlumat verilmir.

Qəzet məlumatlı mənbələrə əsaslanaraq yazıb ki, Co Bayden də “Patriots” kimi “ağıllı bombalar”a hələlik icazə verib-vermədiyi məlum deyil.

JDAM-ların Ukraynaya gəlməsi ilə Rusiyanın qərargah və qoşunlarını hədəfə almada yeni yol açacağını qeyd edən qəzet, ABŞ-ın Ukraynaya verdiyi HİMARS-ın müharibədəki təsirini də xatırladıb. Uzaq mənzilli raket sistemi HİMARS yay mövsümünün əvvəlindən əvvəlcə rus işğalçılarını dayandırdı, daha sonra Ukraynanın əks-hücumunda ruslara böyük itkilər verdi.

“The Washington Post” əlavə edib ki, yüksək səviyyəli rəsmilər ABŞ-ın Ukraynaya ən qabaqcıl hava hücumundan müdafiə sistemi olan Patriot batareyalarını göndərəcəyini təsdiqləyiblər.

NATO-nun ən böyük dövləti ABŞ fevralın 24-də başlayan Rusiyanın işğalını dəf etmək üçün Ukraynaya 20 milyard dollardan çox silah yardımı edib.

 





15.12.2022    çap et  çap et