“The Guardian” qəzetinin xəbərinə görə, “USA Today” qəzetinin keçirdiyi sorğu haqqında danışan Suffolk Universitetinin Siyasi Araşdırmalar Mərkəzinin direktoru Devid Paleoloqos, “Respublikaçılar və mühafizəkar müstəqillər getdikcə daha çox Trampsız “Trampizm” istəyirlər” deyib. Respublikaçı namizədlər arasında yüksələn ulduz kimi görünən DeSantisin xüsusilə immiqrasiya və təhsil məsələlərində Tramp kimi sərt siyasət tərəfdarı olduğu məlumdur.