Vaxt.Az

Makrona maxinasiya şoku


 

“McKinseygate” qalmaqalı ilə bağlı araşdırmalar başladı

Makrona maxinasiya şoku Fransada prezident Emmanuel Makronun qalib gəldiyi 2017 və 2022-ci il prezident seçkilərində həyata keçirilən kampaniyaların qeyri-qanuni şəkildə maliyyələşdirildiyi iddiaları ilə bağlı Milli Maliyyə Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində, mərkəzi ofisi Makronun partiyası “Renessans” partiyasının Parisdəki qərargahında və ABŞ-ın “McKinsey & Company” konsaltinq şirkətinin ofislərində axtarış aparıldığı bildirilir.

“Renessans”ın sözçüsü Loik Sinyor Fransa mətbuatına verdiyi açıqlamada, “Məhkəmə sisteminin bu məsələyə aydınlıq gətirməsi üçün sərbəst və müstəqil araşdırma aparmasının normal olduğunu” və partiya rəsmilərinin prokurorlarla əməkdaşlıq edəcəyini və bu barədə bütün faydalı məlumatların veriləcəyini bildirib.

“McKinsey & Company” isə ofislərində axtarış aparıldığını təsdiqləyərək “hakimiyyətlə tam əməkdaşlıq etdiklərini” bildirib.

Digər tərəfdən, Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci ildə prezident seçkiləri kampaniyasını qeyri-qanuni maliyyələşdirməyə görə 2021-ci ilin sentyabrında bir il həbs cəzasına məhkum edilmişdi.

 





15.12.2022    çap et  çap et