“Facebook” Efiopiyadakı vətəndaş müharibəsində nifrət və zorakılıq yaydığına görə təzminat tələbi ilə məhkəməyə verilib. Bu çoxsaylı məhkəmə prosesində tələb olunan ümumi məbləğ 2 milyard dolları keçib.Sosial şəbəkə yalan yazılar yaymaqda və bəzi istifadəçilərin kimliyini açıqlamaqda ittiham olunur. İddiaçıların fikrincə, “Facebook”un alqoritmi Efiopiya vətəndaş müharibəsi zamanı nifrət və zorakılığın virtual yayılmasına kömək edib. İddiaçılar arasında “Facebook”dakı paylaşımlarında hədəf alındıqdan sonra güllələnən Efiopiyalı akademikin oğlu Abram Mireq (Abrham Meareg) də var.
çap et