Dişi siçanlar üzərində aparılan sınaqlarda dərinin altında məskunlaşan və selülitə səbəb olan dərialtı piylər ürək xəstəlikləri də daxil olmaqla, iltihabla əlaqəli xəstəliklərdən qoruduğu məlum olub. Kişilərin qaraciyər, mədəaltı vəzi, böyrək və ürək kimi mühüm daxili orqanları əhatə edən visseral yağ kimi tanınan yağ toxumasına daha çox meylli olduğu bildirilib. Bu, kişiləri insult kimi beyin iltihabı zamanı daha çox riskə məruz qoyur.