Vaxt.Az

1 milyon funt-sterlinq qazanıb


 

Vəzifədən getməsi Boris Consona düşüb

1 milyon funt-sterlinq qazanıb Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun vəzifədən getdikdən sonra 1 milyon funt sterlinqdən çox qazandığı bildirilirdi. Parlamentin maliyyə hesabatlarına görə, Conson oktyabrın 14-də ABŞ-da Sığorta Agentlikləri və Brokerlər Şurasının təşkil etdiyi tədbirdə çıxışdan 276 min 130 funt sterlinq qazanıb.

Noyabrın 9-da ABŞ-da investisiya bankçılığı şirkəti “Centerview Partners”ın tədbirindəki çıxışında ona 277 723 funt sterlinq ödənilib.

Bir həftə sonra Hindistanın “Hindustan Times” qəzetinin qonağı olaraq qatıldığı konfransda o, 261.652 funt sterlinq alıb.

Conson noyabrın 23-də ABŞ-ın aparıcı media qurumlarından biri olan CNN-in Portuqaliyanın paytaxtı Lissabonda keçirilən tədbirində də iştirak edib. Keçmiş Böyük Britaniya lideri burada etdiyi çıxışa görə 215 275 funt sterlinq ödəniş alıb.

Consona yaxın mənbələrin ölkənin aparıcı qəzetlərindən biri olan “Telegraph” ilə paylaşdığı məlumata görə, keçmiş lider baş nazir olarkən ona verdiyi 157 min 372 funt sterlinq maaşla yaşaya bilməməsindən şikayətlənib.

Xəbərdə Consonun sözügedən çıxışlar üçün cəmi 33,5 saat sərf etdiyi bildirilib. Buna görə, keçmiş lider saatda təxminən 31 min funt-sterlinq qazanıb.

Liz Trass iyun ayında Mühafizəkarlar Partiyasının lideri və baş nazir vəzifəsindən istefa verdiyini elan edən Consonu əvəz edib.

Trass, reaksiya qazanan iqtisadi siyasətinə görə vəzifədən cəmi 50 gün sonra istefa verdiyini açıqladı. Partiya daxilində keçirilən seçkilərdə qalib gələn Rişi Sunak oktyabrın 25-də Böyük Britaniyanın baş naziri vəzifəsinin icrasına başlayıb.

Conson 2015-ci ildən parlament üzvü kimi fəaliyyət göstərir, burada Mühafizəkarlar Partiyası Böyük London Bölgəsində Uksbridc və Cənubi Ruislipi təmsil edir. Keçmiş liderin bu vəzifədə artıq 81 932 funt sterlinq maaş aldığı bildirilir.

Təhlilçilər Consonun çıxışlarının ildə 5 milyon funt-sterlinqə qədər əlavə gəlir əldə edə biləcəyini bildiriblər.

 





16.12.2022    çap et  çap et