Açıqlanan sənədlərin əksəriyyətinin redaktə prosesində silindiyi görünsə də, Bayden bəzi sənədləri “kəşfiyyat fəaliyyətlərinə zərər verə bilər” səbəbiylə məxfi saxladı.
Bayden, qalan sənədlərin 30 iyun 2023-cü ilə qədər dərc olunacağını açıqladı.
***
Bu gün açıqlanan sənədlərin əksəriyyəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid sənədlərdir.
Açıqlanan yeni sənədlərlə Kennedinin qətli ilə bağlı sənədlərin 95 faizi ictimaiyyətlə paylaşılıb.
***
ABŞ prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də seçki işləri üçün getdiyi Texasda sui-qəsd nəticəsində öldürüldü.
Ali Məhkəmənin sədri Erl Uorrenin apardığı araşdırmada sui-qəsdi həyata keçirən Li Harvi Osvaldın təkbaşına hərəkət etdiyi qənaətinə gəlinib. Lakin istintaqın natamam olduğu iddiası ilə tənqid edilib və sonradan Konqresdə yaradılmış komissiya bu sui-qəsdin bir neçə iştirakçısının ola biləcəyini bəyan edib.
NARA, 1992-ci il qanununun tələb etdiyi kimi, sui-qəsdlə bağlı çoxlu sayda məxfi olmayan sənədləri yayımlamışdı.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə 2017 və 2018-ci illərdə milli təhlükəsizlik baxımından bəzi sənədləri məxfi saxlayarkən minlərlə məxfi sənədi üzə çıxarıb. Bayden administrasiyası isə keçən il dekabrın 15-də minlərlə sənədi təqdim etdi.