O şəxslərin arasında Birinci və İkinci Qarabağ müharibəsində həm ön həm arxa cəbhədə istər silahla, istər qələmlə, istər bilik və tarixi faktlarla döyüşən kifayət qədər insan var. Onlar böyük bir xalqın nümayəndəsi kimi yenidən milli maraqlar uğrunda, Dəmir yumruğun ətrafında birləşiblər.
Təəssüf ki, biz hələ də ətrafımızdakı düşmən dəyirmanına su tökənlərlə əhatələnmişik. Qarabağ müharibəsində önlük taxıb əsgərlərə yeməklər bişirib göndərən qadınların kürk geyinib aksiyaya getməsinə başqa prizmadan baxırlar. Bu torpaq hamınındır. Nə xoşbəxt haldır ki, yalnız cəmiyyətin azgəlirli təbəqəsi deyil, hər kəs mübarizəyə qoşulub. Əsas məqsəd və amal bir kənarda qalmamalıdır. Biz Vətənin müqəddəs torpaqlarını öz canımız qədər sevirik və onu əyani göstəririk. Yaxşı millətik, mübariz xalqıq, qədirbilən cəmiyyətik. Düşmən bizi bir, vahid görməlidir. Bir yumruq kimi birləşməliyik və birləşmişik!