Vaxt.Az

Murun İrəvan səfəri


 

“MI-6” şefinin “ayaq izləri” hara aparır?

Murun İrəvan səfəri “MI-6 şefi” Riçard Mur Böyük Britaniyanın Türkiyədəki keçmiş səfiridir. O, 2020-ci ilin iyul ayında “MI-6” rəisi postuna təyinat aldı.

Ardınca Azərbaycan Vətən müharibəsinə başladı, Türkiyə Bakıya hərbi-siyasi dəstək göstərdi. 

Regionda Azərbaycanla Türkiyənin birlikdə qurduğu konfiqurasiya Britaniya tərəfindən dəstəklənir. 

Hətta Azərbaycan-Türkiyə-Pakistan üçbucağının ərsəyə gəlməsində Britaniya həmmüəllif qismində çıxış edib. 

İndi bunu Azərbaycan-Türkiyə-İsrail üçbucağı tamamlayır. 

Riçard Murun İrəvana səfərindəki izləri aşkarlamağa çalışarkən bu detallara fokuslanmaq gərəkdir.

Bu səfərdən sonra Azərbaycanla Türkiyənin bəzi hərbi əməliyyatlar keçirməsi mümkündür. 

Bundan başqa, Britaniya Rusiya və İranı strateji siyasətində təhdid kimi qiymətləndirir və cənab Murun “İrəvan gedişi” yeni kartların oynanılmasına gətirib çıxaracaq.

 





17.12.2022    çap et  çap et