Vaxt.Az

Talıbov istefa verdi


 

Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilib

Talıbov istefa verdi Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilib. İclasda Naxçıvan Ali Məclisinin sədri Vasif Talbov vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Vasif Talıbov 14 yanvar 1960-cı ildə Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 16 dekabr 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib. (Trend.az)

 





21.12.2022    çap et  çap et