Vaxt.Az

Bapbalaca boyu var ...


 

... Damdolusu qazancı

Bapbalaca boyu var ... Rusiyanın “Soyuzmultfilm” studiyasının yerli “Yellow, Black & White” studiyası və “Rossiya 1” telekanalı ilə birlikdə, həmçinin Kino Fondunun dəstəyi ilə istehsal etdiyi “Çeburaşka” filmi yerli prokatda rekorda imza atıb.

2023-cü ilin 1 yanvarından kinoteatrlarda yayımı başlanan film 10 gün ərzində 3,2 milyard rubldan çox (təxminən 45 milyon dollar) gəlir gətirib. “Çeburaşka”nın büdcəsi isə 850 milyon rubldur.

Rejissor Dmitri Dyaçenkonun filmi bu cür sürətli gedişatla yaxın gələcəkdə yerli kassada ötən illər üzrə xarici filmlərin, o cümlədən “Avatar”ın reytinqini üstələyə bilər. Onu da qeyd etmək lazımdır ki, Rusiya Ukraynada müharibəyə başlayandan sonra Amerika və Avropanın kino istehsalçıları və yayımçıları bu ölkə ilə rəsmi əlaqələrini faktiki olaraq kəsiblər. Hazırda Rusiya kinoteatrlarında Qərb filmləri (əsasən Hollivud) məhdud sayda və pirat üsulla əldə edilərək nümayiş olunur. Bu isə yerli filmlərin prokatı üçün əlverişli imkan yaradıb.

“Çeburaşka” filmi sovet dövründə “Soyuzmultfilm”də Eduard Uspenskinin hekayə-ssenariləri ilə çəkilmiş cizgi filminin kino variantı deyil. Bu, ailəvi baxış üçün nəzərdə tutulan nağıl-komediyadır. Baş rolda Sergey Qarmaş və Svetlana Kuzmina çəkiliblər. Məşhur cizgi filminin şəlpəqulaq qəhrəmanı isə bu filmdə yeni dünyaya düşüb.

 





13.01.2023    çap et  çap et