Vaxt.Az

«Mənim öz fikirlərim var»


 

Güldən Ərdoğanın prezident olacağı ilə bağlı açıqlama

«Mənim öz fikirlərim var» Türkiyə prezidenti Abdullah Gül ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın onun postuna namizəd olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, jurnalistlərin sualını cavablandıran A.Gül, baş nazirin ona sürpriz etməyəcəyini deyib: «Baş nazir mənə sürpriz etməz. Açıq desək mən də ona belə bir sürpriz hazırlamaram».

Daha sonra Abdullah Gül özünün baş nazir vəzifəsinə gətirilməsi ilə bağlı sualı da cavablandırıb. O, bildirib ki, seçkilərin nəticələrindən sonra bu məsələləri müzakirə ediləcək: «Seçkilərin nəticələri rəsmi formada açıqlandıqdan sonra mütləq bu məsələ ilə bağlı öz aramızda müzakirə aparacağıq. İndi bir söz deməyəcəyəm. Mənim də bu məsələdə öz fikirlərim var».

 





03.04.2014    çap et  çap et