Vaxt.Az

Kerri Azərbaycan qazından danışdı


 

«Böyük həcmlərdə yanacağın ixracı yollarının axtarışı məsələsi gündəmdədir»

Kerri Azərbaycan qazından danışdı ABŞ və Avropa öz enerji resurslarının nəqlinin şaxələndirilməsi yolunda çox işlər görməlidirlər və Azərbaycandan qazın böyük həcmlərdə nəqli məsələsi gündəlikdədir. Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri Brüsseldə enerji məsələləri üzrə Aİ-ABŞ Şurasının iclasında bildirib.

Kerri deyib: «Bu gün «Cənub Qaz Dəhlizi» ilə Türkiyəyə, oradan da Avropaya nəql olunacaq Azərbaycandan böyük həcmlərdə qazın ixracı yollarının axtarışı məsələsi gündəlikdə durur». 

Onun nitqi ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

Kerri həmçinin qeyd edib ki, Avropada qazı istehlakçılara çatdıracaq LNG terminalların və boru kəmərlərinin tikintisi də daxil olmaqla, digər imkanlar (ixracın şaxələndirilməsi) da mövcuddur.

Kerrinin sözlərinə görə, vacib olan enerji resurslarının bir tədarük mənbəyindən asılı olmamaqdır.

 





03.04.2014    çap et  çap et