Sosial media platformalarında əl-Əzim koalisiyasından parlament sədrliyinə üç namizəddən biri, keçmiş parlament sədri Mahmud əl-Məşhədaninin devrilmiş diktator Sədsam Hüseyni tərifləyən video yayımlanıb. Bundan əlavə, "Tekaddum" partiyasının namizədi Şalan əl-Kərimin 2013-cü ildə Səddam Hüseynə mərhəmət dilədiyini görüntüləyən başqa bir video yayımışdı.
Tənqidlərə cavab olaraq əl-Kərim mətbuata açıqlamasında bildirib ki, “Sosial media platformaları videonun bir hissəsini götürüb və onu qadağan olunmuş BƏƏS Partiyası və onun simvollarını dəstəkləməkdə ittiham etmək üçün istifadə edib”. Əl-Kərim bu videonun yayılmasını “ədalətsiz və hörmətsiz təcrübə” adlandırıb və əlavə edib: “O zaman bu qərardan apellyasiya şikayəti verdim və yuxarı məhkəmə videonun böhtan məqsədi ilə təhrif edildiyini təsdiq edərək şikayətimi qəbul etdi”.
Parlament səsvermənin birinci turunu başa vursa da üç namizəddən heç biri mütləq səs çoxluğu qazana bilməyib. Əl-Kərim 152 səslə lider olub. Xamis əl-Hancerin rəhbərlik etdiyi Əl-Siyade lideri Səlim əl-İsavi 97 səslə ikinci, keçmiş baş nazir Nuri əl-Malikiyə yaxın olan Məşhədani isə 48 səslə üçüncü olub.
Partiya liderləri ikinci turda hansı namizədlərin mübarizə aparacağı ilə bağlı mübahisəni həll etmək üçün hüquq məsləhətçiləri ilə görüşlər keçirib. Görüşdə növbəti turda birinci və ikinci yerin qaliblərinin, yoxsa hər üç namizədin yarışacağı müzakirə olunub.