Oxşar mənzərə sənayedədir. 2023-cü ildə neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artıb.
Neft-qaz sektorundakı azalma həm hasilatın azalması, həm də 2023-cü ildə “qara qızılın” qiymətlərinin 2022-ci ilə nisbətən aşağı olması ilə bağlıdır. Qeyd edək ki, Brent markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə bu rəqəm ötən il 82.56 dollar olub.
2023-cü ilin makro-iqtisadi yekunları bir daha qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların daha da dərinləşdirilməsinin əhəmiyyətini göstərir Bu il Azərbaycan üçün yeni dövrün başlanması kimi yadda qalacağı gözlənilir. Bu dövr iqtisadiyyatın daha da ağardılması, neftdən kənar sektorların daha yaxından dəstəklənməsi və bütövlükdə struktur islahatlarının genişlənməsi ilə yadda qalacaq. Bu neftdən asılılığın minimumlaşdırılması baxımdan zəruri islahatlardır.