Bu dəvət prezidentin oğlu Hanter Baydenin (Hunter Biden) bağlı qapılar arxasında verdiyi ifadəsində respublikaçıların istədiklərini almamasından sonra edilib. Onlar hələ də ABŞ prezidentinin vitse-prezident olduğu müddətdə ailəsinin xarici biznes sövdələşmələrindən maddi fayda əldə etdiyinə dair sübut tapa bilməyiblər.
Amma çətin ki, ABŞ prezidenti Bayden konqresmen Komerin aprelin 16-da ifadə vermək dəvətini qəbul etsin.
Komer 7 səhifəlik məktubda “Mən sizi ictimai dinləmələrdə iştirak etməyə dəvət edirəm. Burada ailənizin gəlir mənbələri ilə əlaqənizi və bu gəlirləri əldə etmək üçün istifadə etdiyiniz vasitələrlə bağlı olduğunuzu and altında izah etmək imkanınız olacaq”.
“Bildiyiniz kimi, sələfləriniz Konqres komitələrində, o cümlədən 1974-cü ildə Prezident Fordun Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin Cinayət Ədliyyəsi Alt Komitəsində verdiyi ifadələr qarşısında çıxış ediblər”, – deyə məktubda bildirlir.
Senatın Tarix Bürosunun məlumatına görə, ABŞ prezidentləri ümumilikdə üç dəfə ifadə veriblər.
Komerin Baydenə dəvət məktubundan sonra martın 20-də Ağ Evin sözçüsü Yan Sams konqresmenə cavab verib:
“Komer bilir ki, 20-dən çox şahid ABŞ prezidentinin heç bir səhv etmədiyinə dair ifadə verib. Əldə etdiyi yüz minlərlə səhifəlik qeydlərin onun irəli sürdüyü yalan iddiaları təkzib etdiyini də başa düşür. Ölü bir impiçment sorğusunun sonundakı kədərli bir tamaşadır. Bu gün üçün kifayətdir, dostum”.
Nəzarət Komitəsi Demokratlar partiyası nümayəndələri baş verənləri “Bu sirkdir. Çadır qurmaq vaxtıdır”, – atmacası ilə cavablandırmışdı.
İmpiçment araşdırması Keçmiş prezident Donald Tramp tərəfindən təyin edilmiş və təhqiqat aparan xüsusi prokuror başladılıb. Buna səbəb ABŞ prezidenti və Hanter Baydenin Ukraynada yerləşən enerji şirkətindən 5 milyon dollar rüşvət alması iddialarıdır. İddiaların qaynağı isə yalan söyləməkdə ittiham olunan keçmiş FTB məlumatçısına qarşı qanuni ittiham irəli sürlərkən meydana çıxıb.
O ki qaldı oğul Baydenə, keçən ay verdiyi ifadədə atasının heç vaxt onun biznes əlaqələrinin bir hissəsi olmadığını bildirmişdi.
Hanter Baydenin vəkili Abbe Louel (Abbe Lowell) Komerə yazdığı cavab məktubunda, "Media üçün açıq şəkildə planlaşdırdığınız tədbir düzgün bir sınaq deyil. Bu oyun bitdikdən sonra, adətən son çarə olaraq, “Hail Mary”yə bənzər (Amerika futbolunda son çarə kimi müvəffəqiyyət ehtimalı az olan ötürmə) bir təşəbbüsdür”, – deyə yazıb.