Beynəlxalq agentliklərin xəbərlərinə görə, Rusiya ilk dəfə “Odab-1500” ağır hava termobarik bombası ilə Ukraynanı vurub. Hücumdan sonra çıxan tüstü hətta kilometrlərlə uzaqlıqdan da görünüb. Ukrayna mətbuatı xəbər verir ki, ruslar bu bombanı Velika Pısarivka kəndinə atıblar. Hərbi ekspert Julian Röpke sözlərinə görə, yaşayış məntəqəsində 1,5 tonluq bombadan istifadə “Rusiyanın Ukrayna şəhərlərinə qarşı müharibəsində yenilikdir”.Termobarik bombanın ən əhəmiyyətli xüsusiyyəti hədəfini vurmazdan əvvəl havada yanan maye buraxaraq raketi alovlandırmasıdır. Ukrayna mediasında bu silahın sovet dövründə istehsal edildiyini, lakin istifadə olunmadığını, üstəlik, sözügedən raketin şəhərlərə atılacağı təqdirdə böyük dağıntılara səbəb olacağı bildirilir.
çap et