Vaxt.Az

Çinə çip qadağası


 

Vaşinqton Pekini cilovlamaq üçün yeni qadağalar tətbiq edir

Çinə çip qadağası Bayden administrasiyası Çinin ABŞ-ın süni intellekt çiplərinə və çip hazırlama texnologiyasına çıxışını çətinləşdirməyə yönəlmiş qaydalara yenidən baxıb. Buna səbəb milli təhlükəsizliklə əlaqədar Pekinin çip istehsalı sənayesini cilovlamaq cəhdinin bir hissəsi kimi göstərilir.

Dərc edilən qaydalarda, ABŞ-ın inkişaf edən texnoloji sektorunun Çin ordusunun güclənməsinə kömək edə biləcəyi ilə bağlı narahatlıq qeyd olunur. Bununla Vaşinqton Nvidia və digərlər şirkətlərin hazırladığı daha təkmil çiplərin Çinə tədarükünü dayandırmağı hədəfləyir.

166 səhifədən ibarət yeni qaydalar yaxın günlərdə qüvvəyə minəcək. Qaydalar görə, məhdudiyyətlər həmin çiplərin yer aldığı noutbuklara da şamil edilir.

İxrac yoxlamalarına nəzarət edən Ticarət Departamenti, tədbirləri gücləndirmək və tənzimləmək üçün Çinə texnoloji daşınmalara qoyulan məhdudiyyətləri yeniləməyi planlaşdırdığını söylədi.

 





31.03.2024    çap et  çap et