Rusiyanın Ukraynaya qarşı müharibəsi və iqlim hədəfləri üçün tənzimləmələrin dəyişdirilməsi kənd təsərrüfatı xərclərinə ciddi təsir edib. Avropadakı fermerlərinn bu fəryadını okeanın o tayından eşidən “New York Times” məsələ ilə bağlı “Qəzəbli fermerlər Avropanı yenidən formalaşdırır” başlığı ilə xəbər verib.
Qəzet yazı ki, “Avropanın təkcə qida sisteminin deyil, həm də siyasətinin dəyişdiyi üçün baş verən etirazlar fürsət gözləyən radikal sağçılar üçün göydəndüşmədir”.
59 yaşlı fransız fermer Jan-Mişel Sibelle həftədə 70 saat işləməyin bəhrəsini ala bilmədiyini vurğulayaraq, “Qaydalar bizi o qədər boğur ki, davam edə bilmirik”, – deyib.
Alman fermerləri Yaşıllar Partiyasının tədbirlərinə hücum ediblər. Fransızlar Rusiyanın müharibə elan etməsindən sonra enerji xərclərinin artdığını vurğulayırlar. İspan Mərakeşdə daha ucuz qiymətə istehsal olunan məhsullara od vurublar. Polyaklar isə Ukraynanın haqsız rəqabətə girdiyini deyirlər.
Vahid “Fermer yoxdursa, yemək yoxdur!” şüarı irəli sürən fermerlər iyunda keçiriləcək Avropa Parlamentinə seçkilər öncəsi siyasətə təsir göstərməyə çalışırlar. Bu səsi eşidən radikal sağçılar isə onlardan səs qoparmağa çalışırlar. Onların sevimli “elitalar xalqa qarşı” şüarı bir çox fermerlərin hissləri ilə səsləşir.
Digər tərəfdən, Aİ-nin hazırkı administrasiyası bu tendensiyaya qarşı çıxmağa çalışır.
Martın 22-də Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsinin sonunda mətbuat konfransı keçirən AB Komissiyasının sədri Ursula von der Leyen, “Biz fermerlərin qida zəncirindəki mövqelərini yaxşılaşdırmaq üçün danışıqları artırmaq və onların məhsullarının daha yaxşı dəyərləndirmilməsi üçün müzakirələr aparmağa çalışırıq”.
Ursula fon der Leyen qida məhsullarının maya dəyərindən aşağı satılmasının qəbuledilməz olduğunu vurğulayıb.
Ekoloqlara qarşı tənqidlərə diqqət çəkən Von der Leyen, iqlim dəyişikliyinin yaratdığı daşqınlar, yanğınlar və quraqlıq kimi problemlərin də fermerlərə zərər verdiyini bildirib.
Eyni mətbuat konfransında çıxış edən AB Şurasının sədri Şarl Mişel, “Fermerlərin haqlı narahatlıqları var və biz onları dəstəkləməkdə qərarlıyıq”, – deyib.
Fermerlərin ədalətli gəlir səviyyəsinə layiq olduğuna işarə edən Mişel, bürokratik prosedurları azaltmaq və ədalətli rəqabət mühitini təmin etmək üçün tədbirlər görəcəklərini bildirib.