Vaxt.Az

150 minlik ordu


 

Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı

150 minlik ordu Rusiya prezidenti Vladimir Putin 150 min vətəndaşın məcburi hərbi xidmətə çağırılmasını tələb edən fərman imzalayıb.

Rusiyada 18 yaşından yuxarı bütün kişilər üçün ali təhsil müddətində bir illik, digər halda isə iki illik məcburi hərbi xidmət qanuni tələbdir.

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Moskva hərbi səfərbərlik işini davam etdirir. Ötən iyul ayında Rusiya parlamentinin aşağı palatası hərbi xidmətə çağırılma üçün yuxarı yaş həddini 27-dən 30-a qaldırıb. Yeni qanunvericilik 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Rusiyada məcburi hərbi xidmət uzun müddətdir həssas məsələ olub. Ölkədəki yaşları 30-dan az olan kişilər çağırış vərəqələrini almamaq və hərbi xidmətdən yayınmaq üçün cəhdlər edirlər.

 





01.04.2024    çap et  çap et