Vaxt.Az

Bolqarıstan və Rumıniya Şengen zonasında


 

Uzun sürən danışıqlardan sonra Avstriyanın “saqqızını oğurlaya bildilər”

Bolqarıstan və Rumıniya Şengen zonasında Bolqarıstan və Rumıniya Avropa İttifaqının (Aİ) Şengen vizasız səyahət zonasına daxil edilib. Aİ Komissiyasının sədri Ursula von der Leyen “Twitter”də yazdığı statusda Bolqarıstan və Rumıniyanın Şengenə qoşulduğunu və bu gündən etibarən hava və dəniz sərhədlərinə nəzarətin ləğv edildiyini açıqlayıb.

Von der Leyen bunun Avropada milyonlarla vətəndaşa fayda verəcəyini və Şengen zonasını daha da gücləndirəcəyini bildirib.

Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü İlva Yohansson da növbəti mərhələdə quru sərhədlərində nəzarətin aradan qaldırılacağını və bunun il boyu üzv dövlətlər arasında danışıqlarda müzakirə ediləcəyini bildirib.

Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olsalar da uzun illərdir Şengen zonasına qoşula bilmirdi. Qeyri-qanuni miqrasiyanın arta biləcəyindən narahat olan Avstriya iki ölkənin Şengenə daxil edilməsinə qarşı çıxırdı. Nəhayət ötən ilin sonunda razılaşma əldə olundu.

 





01.04.2024    çap et  çap et