Vaxt.Az

“Diktator olacaq beyni yoxdur”


 

Sabiq müşavir keçmiş prezident barədə alçaldıcı açıqlamalar verdi

“Diktator olacaq beyni yoxdur” ABŞ-ın keçmiş prezidenti Donald Trampın sabiq müşaviri Con Bolton alçaldıcı açıqlamalar verib. Üç gün əvvəl Fransanın “Le Figaro” qəzetində dərc olunan müsahibəsində Bolton Trampın diktatorluq meyllərinin olub-olmaması sualına, “Onun diktator olacaq ağlı yoxdur”, – cavabını verib.

Bolton bildirib ki, ABŞ-ın keçmiş prezidentinin “siyasi fəlsəfəsi” yoxdur.

Sabiq müşavir noyabr ayı ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəlsə, Trampın ikinci müddətinin necə olacağı ilə bağlı sualı da cavablandırıb. Bolton iddia edib ki, Tramp yenidən seçilərsə, ABŞ böyük ehtimalla NATO-dan çıxacaq.

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Bolton, “Tramp bir ideya ilə çıxış edəndə onu təkrar-təkrar gündəmə gətirir. Sonra diqqəti yayındırır, dediklərini unutdurur, amma sonda onu yenidən gündəmə gətirir və hərəkətə keçir. Buna görə də NATO-dan çıxmaq realdır. Bir çox insan “O, bunun sadəcə bir bazarlıq vasitəsi olduğunu hesab edir, amma mən belə düşünmürəm”.

Bolton Trampın qərar qəbul etmə proseslərində iştirak etməyi sevmədiyini də iddia edib.

75 yaşlı Bolton 17 ay ərzində Trampın milli təhlükəsizlik müşaviri vəzifəsindən istefa verib və daha sonra vəzifədə olduğu müddətdə şahidi olduğu hadisələr barədə kitab yazıb. “The Guardian” nəşri Boltonun istefadan sonra Trampı tez-tez tənqid etdiyinə diqqət çəkib.

 





01.04.2024    çap et  çap et