Vaxt.Az

44 rəqəmi qadağan olundu?


 

“Adidas” alternativ dizayn söz verib

44 rəqəmi qadağan olundu? Almaniya Futbol Milli Komandasının 44 nömrəli formasının üzərindəki rəqəmlərin faşist Almaniyası dövründə xidmət edən “SS” zabitlərinin istifadə etdiyi simvola bənzəməsi ölkədə müzakirə mövzusuna çevrilib.

İlk olaraq alman tarixçisi Mixail Köniq (Michael König) tərəfindən gündəmə gətirilən məsələ ilə bağlı açıqlama verən forma sponsoru “Adidas” dizaynın Almaniya Futbol Federasiyası ilə birlikdə hazırlandığını açıqlayıb.

Almaniya Futbol Federasiyası “Twitter”də səhifəsində forma dizaynlarının dizayn prosesi zamanı nəzərdən keçirilməsi üçün UEFA-ya təqdim edildiyini və “müvafiq tərəflərdən heç birinin faşist simvollarına yaxınlıq aşkar etmədiyini” paylaşıb.

“Adidas”ın sözçüsü Oliver Brüggen, formaların faşist simvollarına bənzəməsinin qəsdən olduğunu təkzib edib, eyni zamanda 4 rəqəmi üçün alternativ dizayn hazırlanacağını da əlavə edib: “Biz şirkət olaraq ksenofobiya, antisemitizm, zorakılıq və nifrətin bütün formalarına qarşı çıxmaqda qərarlıyıq”.

 

“Çəhrayı forma və sponsor” müzakirələri

 

Eyni forma, səfər rəngi kimi parlaq çəhrayı rəng seçilməsi daha çox mübahisələrlə üzləşdi. Bəziləri çəhrayı rəngin ölkənin müxtəlifliyini təmsil etdiyini desə də, tənqidçilər bunun qeyri-ənənəvi olduğunu və Federasiyaya pul yığmaq üçün seçildiyini iddia edir.

“Adidas” 1950-ci illərdən Almaniyanın forma sponsorudur.

Ancaq Federasiyanın 2027-ci ildən etibarən alman firması “Adidas"dan imtina edərək, ABŞ markası “Nike”a üstünlük verməsi iqtisadiyyat naziri Robert Habek tərəfindən qeyrivətənpərvərlik səbəbilə tənqid edilib.

 

Faşist Almaniyası zamanı “SS” bölmələri

 

“SS” bölmələri nasistlərin insanlığa qarşı törətdiyi cinayətlərə görə ən çox məsul olanlar idi.

“SS” ləqəbi 1929-cu ildə faşistlər tərəfindən istifadə olunub. Gestapo agentlərindən tutmuş konsentrasiya düşərgəsinin mühafizəçilərinə qədər hərbçilər “SS” üzvləri olub.

 





02.04.2024    çap et  çap et