Rusiyanın rəsmi xəbər agentliyi TASS-ın məlumatına görə, Tatarıstanda pilotsuz uçuş aparatları (PUA) istehsal edən müəssisəyə kamikadze PUA-ları hücum edib. Bildirilir ki, “Shaded-136”lar istehsal olunan zavoddakı partlayışda çox sayda insanın yaralanıb. Xoşbəxtlikdən ölən olmayıb. İstehsal xəttinə də zərər dəyməyib.
Telegram kanallarında yayımlanan videolarda təyyarə tipli dronun sənaye binasına girdiyi, ardınca güclü partlayışın baş verdiyi görülüb.
***
Rusiya mətbuatında yer alan və yerli mənbələrə əsaslanan xəbərlərdə Alabuqa və Nijnekamskda bəzi iş binalarına hücum edildiyi bildirilib. Açıqlamada PUA-larla həyata keçirilən hücumlarda yaralananların olduğu, bəzi binaların da zərər gördüyü bildirilib.
çap et