Beynəlxalq mətbuatda Ukraynaya verdiyi güclü dəstəyi və Rusiya ilə bağlı analitik açıqlamaları ilə diqqət çəkən Kallasın NATO-nun növbəti lideri olmasının gündəmdə olduğunu paylaşan jurnal yazır ki, bir müddət əvvəl əsas namizəd olaraq görülən Hollandiya Baş naziri Mark Rutten ölkəsinin zəif müdafiə xərclərinə tənqid edilmişdi. Baş nazirin namizədliyi bu səbəbdən gündəmdən düşmüşdü.
Estoniyanın İctimai Yayım ERR 2023-cü ilin dekabrında ABŞ paytaxtı Vaşinqtondakı təmaslarına istinad edərək bildirib ki, Pentaqon səlahiyyət müddəti gələn il başa çatan Stoltenberqdən sonra Kallasın NATO-nun baş katibi olmaqda maraqlıdır.
Xəbərdə ABŞ-da keçirilən “POLITICO” Müdafiə Sammitində çıxış edən Kallasdan Stoltenberqin səlahiyyət müddəti bitdikdən sonra gələn il NATO-nun növbəti baş katibi olmaqda maraqlı olub-olmayacağı sualına Kallasın “bəli” cavabı verdiyi diqqətə çatdırılıb.
Norveçin keçmiş baş naziri Stoltenberq 2014-cü ildən NATO-nun baş katibi vəzifəsini icra edir və onun səlahiyyət müddəti dörd dəfə uzadılıb.
46 yaşlı hüquqşünas Kallas Ukraynanın Avropadakı ən güclü tərəfdarlarından biri, Avropa Birliyi və NATO daxilində Rusiyanın ən sərt tənqidçilərindən biri kimi seçilir.
Digər məsələlərlə yanaşı, Kallas NATO-ya Rusiya ilə həmsərhəd olan üç Baltikyanı dövlət olan Estoniya, Latviya və Litva üçün daha əhatəli müdafiə planı təqdim etməsini tələb etmişdi.