Trampın izləyicilərinə göndərdiyi elektron məktubunda mövzu bölməsində “Mən kampaniyamı dayandırıram...” yazılıb. E-poçtun əsas hissəsində böyük hərflərlə “Mən sadəcə zarafat edirəm. Aprel gülüş – gününüz mübarək!" ifadələrdən yer alıb.
Tramp mesajında “Amerika xalqı üçün mübarizəni heç vaxt dayandırmayacağam. Heç vaxt təslim olmayacağam. Əyri Co Baydenin BÖYÜK ölkəmizi məhv etməyə davam etməsini arxada oturub seyr edə bilmərik”, – deyib.
Daha sonra elektron məktubda ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə “açıq sərhədlər, artan cinayətlər, rekord inflyasiya” kimi məsələlər ABŞ-da problemlərə çevrildiyini yazılıb.