Moskvanın əsasən sənayeləşmiş bölgəsi olan Tatarıstan respublikasının rəhbəri Rüstəm Minnihakov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının səhər saatlarında bölgədəki hədəflərə hücumu nəticəsində bir neçə nəfərin yaralandığını açıqlayıb.
Rusiyanın RİA xəbər agentliyində yer alan xəbərə görə, ölkənin elektron müharibədən müdafiə sistemləri Nijnekamskda yerləşən “Tatneft”ə məxsus Taneko neft emalı zavodunun yaxınlığında bir PUA-nı zərərsizləşdirib. RİA-da yayılan xəbərlərdə neft emalı zavodunda baş verən yanğının 20 dəqiqə ərzində söndürüldüyü və hasilatın kəsilmədiyi bildirilib.
Hücumun görüntülərində PUA-nın zavodun əsas emal bölməsi olan CDU-7-yə dəydiyi görünür. Bu partlayış Ukraynanın bu günə qədər sərhəddən ən uzaq məsafədə – Rusiya ərazisi dərinliklərində həyata keçirdiyi hücumdur.
Rusiyanın ən böyük və ən yeni neft emalı zavodlarından biri olan Taneko gündə 360 min barel istehsal gücünə malikdir.